Türkiyəli məşhur pedaqoq Azərbaycanda

Türkiyəli məşhur pedaqoq Azərbaycanda

11 Aprel “Xoşbəxt və Uğurlu Uşaq Yetişdirməyin Modeli” adlı Beynəlxalq Seminar keçiriləcək.

Birmillet.az “Trend”ə istinadən xəbər verir ki, TAM Teaching Advancement Matrix (Tədrisdə Ali Matriks) tərəfindən təşkil olunan və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən dəstəklənən seminarda xoşbəxt və uğurlu uşaqlar yetişdirməyin modeli təqdim ediləcək.

Bu məqsədlə beynəlxalq seminara Türkiyədən tanınmış pedaqoq-alim Dr.Özgür Bolat dəvət edilib. Kembric (doktorantura), Harvard (magistiratura), Boğaziçi (bakalavr) universitetlərinin Təhsil fakültəsinin məzunu, “Məni mükafatla cəzalandırma” adlı kitabı ilə Türkiyədə satış rekordları qıran Dr. Özgür Bolat seminardakı çıxışında uşaq təhsili ilə bağlı doğru bildiyiniz yanlışları göstərəcək, xoşbəxt və uğurlu uşaq yetişdirməyin praktiki yollarını təklif edəcək və iştirakçılarda mövzuya dair yeni görüş formalaşdıracaq.