Türkiyədən kitab sifarişi – Türkiyədən sərfəli kitab alış-verişi

Türkiyədən kitab sifarişi – Türkiyədən sərfəli kitab alış-verişi

Türkiyədən kitab sifarişi. Türkiyədən sərfəli kitab sifariş etmək mümkündürmü?

Sevindirici haldır ki, son illərdə əvvəlki illərə nisbətən oxucuların, xüsusən də gənc oxucularımızın sayı artmaqdadır. Elə bu səbəbə əsasən kitab satışları və hər yaş üçün olan kitab seçimləri artaraq müxtəlifliyini qoruyur. Kitabların və nəşr evlərinin müxtəlifliyi onların qiymətlərində də özünü göstərir. Ölkəmizdə bəzi kitabları tapmaq və ya uyğun qiymətə almaq təəssüf ki çətinləşir. Və bu hallarda kitab almaq üçün alternativ və məşhur yol, kitabları onlayn sifariş etməkdir. Onlayn sifariş həm rahat həm də sərfəlidir. Onlayn sifarişi fərdi olaraq özünüz edə və ya öz rahatlığınız üçün bunu kargo şirkətlərinə həvalə edə bilərsiniz. Bir çox kargo şirkətləri sifarişinizi qeyd olunan şəhərə çatdırmaqla yanaşı birbaşa alıcılara da çatdırır. Son illərdə xaricdən, xüsusən də Türkiyədən kitab, geyim, elektronika və s sifarişlərinin artması səbəbi ilə kargo şirkətləri də artıb.

Bəs onlayn kitab sifarişini necə edə bilərəm ?

Onlayn sifarişlər etibarlılığı cəhətdən bəzi insanları təşvişə salır. Lakin kargo şirkətləri vasitəsi ilə siz sifarişlərinizi həm etibarlı həm də ucuz şəkildə edə bilərsiniz. Sifariş qaydalarını isə kargo şirkətlərinin saytlarından və rəsmi səhifələrindən əldə edə bilərsiniz. Sizin vermiş olduğunuz ixtiyara görə bəzi kargo şirkətləri alışveriş etdiyiniz səhifələrin fakturalarına əsasən, bəziləri isə birbaşa səhifələrdən sifariş edir. Birmillet.az portalı olaraq Türkiyədən kitab sifarişi üçün ən təhlükəsiz və münasib səhifələri sizlər üçün qeyd etdik :

Kitapyurdu.com – Türkiyənin ən məşhur kitab sifarişi saytı olaraq bilinir. Etibarlılığı və qiymətlərinin sərfəli olması ilə bilinir. Saytda hər yaşa və zövqə xitab edən kitablar tapmaq mümkündür. Türk dili ilə yanaşı rus, ingilis dillərində də kitablarınızı kitapyurdu.com saytından sifariş edə bilərsiniz. Saytda oxucu və alıcıların rahatlığı üçün kateqoriya bölümü və filtrləmə mexanizmi var. Seçdiyiniz və almaq istədiyiniz kitabları sepet-inizə əlavə edərək sifariş verə bilərsiniz. Əgər sifariş edəcəyiniz kitabı tapa bilmirsinizsə, saytın sağ tərəfində #ne okusam? hissəsinə keçid edərək, məsləhət olunan kitablar haqqında öyrənib seçiminizi edə bilərsiniz.

Kitapzen.com – Qeyd etdiyimiz bu saytda nəinki kitabları, habelə kargo xidmətini də münasib qiymətə əldə edə bilərsiniz. Necə? Etdiyiniz hər 95 Tl üstü alış-verişdə Türkiyə daxili kargo sizə pulsuz təklif edilir. Kitabzen.com saytında kateqoriyalar bölümündən istəyinizə uyğun hər kitabı rahatlıqla tapıb sifariş edə və saytın endirimlərindən yararlana bilərsiniz. Qeyd edək ki, bu saytda kitablarla yanaşı həm də məktəb ləvazimatları alış-verişinizi edə bilərsiniz.

pandora.com.tr – Türkiyənin ən məşhur kitab sifarişi saytlarından biridir. Ən məşhur olması ilə yanaşı ilk yaranan kitab saytlarındandır. Digər fərqli xüsusiyyətlərindən biri də təkcə türk dilində yox həm də ingilis dilində sayısız kitabların olmasıdır. Belə ki, təxmini 30.000 türk dilində və 20.000-ə yaxın ingilis dilində kitab satışı mövcuddur.

Yuxarıda qeyd edilən sifariş saytları ən məşhur saytlardan sadəcə 3 –üdür. Türkiyədə kitab sifarişi ilə məşğul olan onlarla saytlar və onlayn səhifələr vardır.

Türkiyədən kitab sifarişi həm sərfəli həm də əyləncəli ola bilir. Belə ki, kitab sifarişi saytlarının bir çoxunda bayram və əlamətdar günlər üçün , aylıq endirimlər və hədiyyə kampaniyalarından yararlana bilərsiniz.

Səbinə Fərziyeva