Türkiyədə Xəstəxanada kütləvi dava – FOTO

Türkiyədə Xəstəxanada kütləvi dava – FOTO

Türkiyənin Bursa şəhərində xəstəxanaların birində kütləvi dava baş verib.

Birmillet.az saytı Milli.Az-a istinadən bildirir ki, yaralanaraq xəstəxanaya çatdırılan və təcili yardım şöbəsinə aparılan Tamer adlı şəxs həkimləri, tibb bacılarını təhqir edib, onlara hücum etməyə cəhd göstərib.

Xəstəxana qapısında toplaşan xəstə yaxınları da onun səsini eşidib təhlükəsizlik əməkdaşlarına hücum çəkiblər.

Hadisə Osmanqazi ilçəsindəki Çəkirgə Dövlət Xəstəxanasında yaşanıb. Millət məhəlləsindən olan bir kişi ilə savaşan Tamer başından yaralanaraq xəstəxanaya gətirilib.

Tibbi yardım göstərildikdən və çölə çıxdıqdan sonra Tamer və 10 nəfərədək yaxını polis tərəfindən saxlanılıb. Müvafiq tədbirlərdən sonra saxlanılanlar sərbəst buraxılıb.

Türkiyədə Xəstəxanada kütləvi dava