Türkiyədə Qara dənizdə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib

Türkiyədə Qara dənizdə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib

Türkiyədə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib.

Birmillet.az saytı APA-nın yerli bürosuna istinadən bildirir ki,  Bartın Valisi Sinan Güner, Qara dənizdə  batan gəmidəki digər heyətin də xilas olunma işlərinin davam etdiyini deyib.

“Arvin” adlı gəminin Qara dəniz vasitəsilə Gürcüstandan Bolqarıstana üzdüyünü bildirən valinin sözlərinə görə, yüklü gəmi fırtınaya düşdüyü üçün yardım almaq məqsədilə Türkiyədə Bartın limanına girmək istəyib:

“Liman kiçik olduğu üçün gəmi sahilə yan almaq üçün gözləmə vəziyyətində olub və o anda qəzaya uğrayıb. Gəmi Türkiyəyə məxsus olmadığı üçün və çətin hava şəraitində ilkin mərhələdə gəminin Rusiyaya məxsus olduğunu təxmin etdik, sonradan Palau bayraqlı olduğunu öyrəndik”.

Vali  gəmidəki heyətdə 2-nin Rusiya, 10-nun Ukrayna vətəndaşı olmaqla ümumilikdə 12 nəfərin olduğunu deyib.

Saat 15:26

Bartında batan Rusiyaya məxsus gəmidən 4 nəfər xilas edilib, digərlərinin də xilası üçün fəaliyyətlər davam edir. 

APA-nın yerli bürosunun xəbərinə görə, Bartın valisi deyib ki, fırtınalı hava şəraiti  xilasedicilərə ciddi şəkildə mane olur.  

Qeyd edək ki, təxminən bir saat öncə gəmi limana yaxınlaşmazdan öncə ortadan ikiyə bölünüb.

Saat 14:42

Türkiyədə Rusiyanın yük gəmisi batıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Bartın vilayətinin valisi bildirib.

Vali Sinan Güner deyib ki, Qara dənizin Bartındakı İnkumu rayonu  sahilinə çatmaqda olan Rusiya bayraqlı yük gəmisinin batdığı aşkar olunub.

“Qara dənizdəki pis hava şəraiti və yüksək səviyyəyə qalxan dalğalar gəminin İnkumu sahilinə çatmasına imkan verməyib. Xilasetmə heyətlərimiz gəmidə çətin vəziyyətdə qalan 15 nəfərə yaxın insanın xilası üçün fəaliyyətə başlayıb” – deyə vali bildirib.