Türkiyədə koronavirusdan ikinci ölüm – Yoluxanların sayı artdı

Türkiyədə koronavirusdan ikinci ölüm – Yoluxanların sayı artdı

Türkiyədə koronavirusdan ikinci ölüm faktı qeydə alınıb.

Birmillet.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fahrettin Koca özünün rəsmi Twitter hesabında məlumat yayıb.

Nazir ölən şəxsin 61 yaşlı kişi olduğunu bildirib. O, daha 93 nəfərdə koronavirusun aşkarlandığını açıqlayıb. Bununla da, Türkiyədə koronavirusa yoluxanların sayı 191-ə çatıb.