Türkiyədə general koronavirusdan öldü – Ölənlərin sayı 3-ə çatdı

Türkiyədə general koronavirusdan öldü – Ölənlərin sayı 3-ə çatdı

Türkiyə Quru Qoşunlarının keçmiş komandanı Aytaç Yalman koronavirusdan ölüb.

Birmillet.az  xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkə parlamentində hesabatla çıxışından sonra millət vəkillərinin suallarını cavablandırarkən bildirib.

Nazir 80 yaşlı sabiq komandan Aytaç Yalmanın koronavirus testinin neqativ, onun həyat yoldaşı və yaxınlarının testinin pozitiv çıxdığını vurğulayıb. Buna baxmayaraq, o, generalın koronavirusdan öldüyünün təsdiqləndiyini söyləyib.

Beləliklə, Türkiyədə koronavirusdan ölənlərin sayı 3-ə çatıb.