Türkiyədə COVID-19-dan son sutkada 173 nəfər ölüb

Türkiyədə COVID-19-dan son sutkada 173 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 173 nəfər ölüb.

Birmillet.az saytının APA-nın yerli bürosuna istinadən verdiyi xəbərə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9 554 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 9 463, ağır xəstələr isə 2 652 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 355 839 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 227 927 nəfər sağalıb, 23 325 nəfər isə ölüb.