Türkiyə Super Liqası təxirə salına bilər

Türkiyə Super Liqası təxirə salına bilər

Türkiyə Super Liqası koronavirus epidemiyası səbəbindən təxirə salına bilər.

Birmillet.azAPA“ya istinadən xəbər verir ki, bu iddia ilə yerli mətbuat çıxış edib.

Bildirilib ki, Türkiyə Futbol Federasiyası (TFF) oyunların dayandırılmasını qərara alıb. TFF-nin tezliklə bu qərarı rəsmən açıqlaması gözlənilir.

Qeyd edək ki, Super Liqada XXVI tura bu gün start verilməli, martın 16-da yekun vurulmalıdır.