Türkiyə sualtı qayığı yerli raketin sınaq atışını keçirib – VİDEO

Türkiyə sualtı qayığı yerli raketin sınaq atışını keçirib – VİDEO

Türkiyə Hərbi-Dəniz Qüvvələrinə məxsis “Gür” (S-334) sualtı qayığından Türkiyə istehsalı olan “AKYA” raketinin sınaq atışı keçirilib. 

Birmillet.az saytı Milli.Az-a istinadən bildirir ki, atış Mərmərə dənizində həyata keçirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi öz bəyanatında həmin raketlərin bütün “Gür” sinifli sualtı qayıqlara inteqrasiya olunacağını bildirib.

Qeyd olunur ki, 2021-ci ildə AKYA raketlərinin seriyalı istehsalına başlanması planlaşdırılır.