Türkiyə 9 Avropa ölkəsinə uçuşları dayandırdı

Türkiyə 9 Avropa ölkəsinə uçuşları dayandırdı

Türkiyə koronavirus təhlükəsi ilə əlaqədar olaraq 9 Avropa ölkəsinə uçuşları dayandırıb.

Birmillet.az xəbər verir ki, bu barədə Türkiyədə koronavirusla mübarizə tədbirləri haqqında keçirilən mətbuat konfransında iştirak edən Nəqliyyat və İnfrastruktur naziri Cahit Turhan məlumat yayıb.

Nazir bildirib ki, mart ayının 14-dən etibarən Almaniya, Fransa, İspaniya, Norveç, Danimarka, Belçika, Avstriya, İsveç və Niderlanda edilən səfərlər 17 aprelə qədər təxirə salınıb.