Türkiyədən kargo – Türkiyədən kargoların çatdırılması

Türkiyədən kargo – Türkiyədən kargoların çatdırılması

Türkiyədən kargo – Türkiyədən kargoların çatdırılması

                         

Son zamanların ən aktual mövzularından biri də xaricdən onlayn alış-verişdir. Daha dəqiqliklə desək, etdiyiniz sifarişlərin Azərbaycana çatdırılması.  Bildiyiniz kimi valyuta fərqinə ( münasib qiymət ) və rahatlığına görə bir çox insanlar məhz Türkiyədən onlayn alış-veriş etməyi üstün tuturlar.  Türkiyə mağazalarına bu qədər böyük marağın olmasının əsas səbəbi isə qiymətlərin həddən artıq sərfəli olmağı ilə yanaşı həm də çeşidlərin çoxluğudur. Müştərilər Azərbaycanda satılan hər hansı bir məhsulu Türkiyədən ən azı iki dəfə aşağı qiymətə ala bilir. Türkiyədən alınan məhsulların üzərinə çatdırılma haqqına görə ödənilən məbləği də gəldikdə məhsulun qiyməti yenə də çox sərfəli olur. Və təəssüflər olsun ki bir çox Türk alış-veriş saytları Azərbaycana kargo göndərmir. Elə bu səbəbdən də son 5-6 ildir ki Türkiyədən sifariş gətirən kargo şirkətlərinin sayı artır. Bəs kargo şirkətləri sifarişləri Azərbaycana necə gətirir? Kargolarınızı hansı şirkətlərə həvalə edə bilərsiniz?

Kargo – yəni yükdaşınması 3 yol ilə həyata keçirilir : hava nəqliyyatı, quru nəqliyyatı, dəniz nəqliyyatı. Türkiyədən Azərbaycana kargolar əsasən Hava nəqliyyatı yolu ilə gətirilir ki, bu həm kargonuzun sərfəli qiymətlə həm də qısa müddətdə sizə çatdırılmasını təmin edir. Birmillet.az portalı olaraq sizlər üçün etibar edə biləcəyiniz kargo şirkətlərinin bir neçəsini təqdim edirik:

camex.azCamex.az şirkəti təkcə Türkiyədən yox, ABŞ, Almaniya, Çin, ingiltərə və bir çox bəzi ölkələrdən sifarişlərin daşınmasını təmin edir. Təkcə Bakıda yox, həmçinin Gəncə və Sumqayıtda da fəaliyyət göstərən bu kargo şirkəti maksimal dərəcədə müştərilərin maraqlarını nəzərə alır, əməkdaşlıq üçün əlverişli şərait, sərfəli qiymətlər və yüksəl keyfiyyətli xidmət təklif edir.

mover.azBu kargo şirkəti Azərbaycanda onlayn alış-veriş istifadəçilərinə ilk dəfə Türkiyədən kargo xidmətini təklif edən şirkətdir. Mover.az şirkətinə sifariş verməyin iki yolu vardır. Bu yollar şirkətin rəsmi saytında istifadəçilərin rahatlığı üçün addım – addım qeyd edilmişdir. Lakin hər iki seçimdə siz mover.az saytında qeydiyyatdan keçməlisiniz. Bu şirkət istifadəçilərinə münasib qiyməti və etibarlı çatdırılmanı vəd edir. Bundan əlavə siz mover.az saytı iləs sifarış verərkən “Təcili ” butonuna basaraq sifarişinizi 2 dollar əlavə ödəmə ilə ən qısa müddətdə əldə edə bilərsiniz.

limak.az  – Özünün 5 anbarı ilə 7/24 saat fəaliyyət göstərən bu kargo şirkəti özünün professionallığı ilə seçilir. Xüsusi SMS xidməti ilə siz sifarişinizin harada olduğu haqqında məlumat əldə edə bilərsiniz. Limak.az şirkəti dediyi kimi istifadəçiləri ilə arasında şəffaflığı təmin edir. Bundan əlavə limak.az şirkəti istifadəçilərinin istəyinə əsasən Türkiyədən bir başa qapınıza da çatdırılma edir. Sifariş verdiyiniz məhsulun defektli olduğu halda həmin məhsulun geri qaytarılmasını da limak.az komandasına həvalə edə bilərsiniz.

starex.azXidmətləri daxilində sürətli və təhlükəsiz çatdırılmanı təmin edir. Çatdırılma zamanı bütün proseslər barədə email, tətbiq və sms vasitəsilə sizə məlumat göndərilir. Starex.az şirkəti müştərilərinin rahatlığını təmin etməklə yanaşı münasib qiymətləri ilə də öz sözünü deyir. Sifariş verdiyiniz məhsulun defektli olduğu halda şirkət həmin məhsulun geri qaytarılmasını da öz öhdəsinə götürür.

kargofly.azTürkiyənin online alış-veriş saytlarından həm sərfəli həm də güvənli daşınma və çatdırılma  xidməti göstərir. Bu şirkət ilk dəfə olaraq Azərbaycanda Güvənli Daşınma və Paketlərin Birləşdirilməsi xidmətlərini təklif edir. Bu yolla şirkət müştərilərinin sifarişlərinin həm güvənli, həm də daha az büdcə ilə gətirilməsini təmin edir. Bundan əlavə şirkət qırılma ehtimalı ola biləcək əşyalarınızın 1 dollar əlavə ödəniş yolu ilə xüsusi bağlamalarda gətirilməsini təmin edir. Xidmətləri arasında təcili sifariş, paketlərin birləşdirilməsi, kuryer xidməti və s bir çox xitmətlər yer alır ki, bunlar müştərilərin seçiminə həvalə olunaraq onların məmnunluqları üçün düşünülmüşdür.

Türkiyədən Azərbaycana sifarişlərin gətirilməsi ilə məşğul olan kargo şirkətlərinin qiymətlər cədvəli :

Səbinə Fərziyeva