Türkiyədə yağan aramsız yağışlar bəzi bölgələrində çətinliklər yaradıb – FOTO

Türkiyədə yağan aramsız yağışlar bəzi bölgələrində çətinliklər yaradıb – FOTO

Türkiyənin Mərmərə bölgəsində gecə saatlarında yağmağa başlayan aramsız yağış bir sıra fəsadlar yaradıb.

Birmillet.az saytı Milli.Az-a istinadən bildirir ki, yağan yağış səbəbindən ölkənin Edirnə və Kırklareli vilayətlərinin küçə və prospektlərində iri gölməçələr yaranıb. Bir çox ev, iş yerləri və əkin ərazilərini su basıb. Vətəndaşlar evlərindən çıxmaqda çətinliklərlə qarşılaşıblar. Hazırda yaranan vəziyyətin aradan qaldırılması və bir çox avtomobili yağış sularından çıxarılması istiqamətində işlər aparılır.

Hidrometeoroloqlar yağışlı hava şəraitinin bir neçə gün davam edəcəyini bildirirlər.

Ümumiyyətlə bölgədə yanvarın 14-dən etibarən qar yağacağı gözlənilir.

Türkiyədə yağan aramsız yağışlar bəzi bölgələrində çətinliklər yaradıb Türkiyədə yağan aramsız yağışlar bəzi bölgələrində çətinliklər yaradıb Türkiyədə yağan aramsız yağışlar bəzi bölgələrində çətinliklər yaradıb