Türkiyə xalça ixracını 3 mlrd. dollara çatdırmaq niyyətindədir

Türkiyə xalça ixracını 3 mlrd. dollara çatdırmaq niyyətindədir

Türkiyənin xalça istehsalçıları 2021-ci ildə ixracı 3 mlrd. ABŞ dollarına çatdırmağı planlaşdırırlar.

Birmillet.az saytı “APA-Economics”ə istinadən bildirir ki, bunu “Anadolu” agentliyinə Türkiyə İxracatçılar Birliyinin nümayəndəsi Salahəddin Kaplan deyib.

Onun sözlərinə görə, ötən il ölkə iqtisadiyyatı üçün sınaq ili olduğuna baxmayaraq, istehsalçılar pandemiyadan gələn zərərin öhdəsindən gələ bilib və onu minimuma endiriblər.

Birliyinin nümayəndəsi keçən il Türkiyədən maşın istehsalı olan xalçaların ixracat həcminin 2,604 mlrd. dollar olduğunu xatırladaraq, məhsulların dünyanın 180-dən çox ölkəsinə ixrac olduğunu bildirib.

“Çətin bir il oldu. Dövlət dəstəyi problemlərin çoxunun aradan qaldırılmasına kömək etdi. Keçən il Türkiyə iqtisadiyyatının stressə davamlı olduğunu sübut etdi. Əminəm ki, bu il uğur qazanacağıq”, – deyə S. Kaplan qeyd edib.

Türkiyə İxracatçılar Birliyinin nümayəndəsi alternativ bazar axtarışlarının böhran vəziyyətində zərərlərin minimuma endirməsinə imkan yaratdığını da vurğulayıb.