Türkiyəli iş adamları Qarabağa böyük maraq göstərirlər – VİDEO

Türkiyəli iş adamları Qarabağa böyük maraq göstərirlər – VİDEO

Türkiyədə fəaliyyət göstərən iş adamları Qarabağın işğaldan sonrakı iqtisadi inkişaf proseslərində yaxından iştirak etməkdə maraqlıdırlar. Onlar sosial lahiyələrə də dəstək göstərməyə hazır olduqlarını bildiriblər. Azərbaycan gənc sahibkarlar qrupunun üzvləri Türkiyədə 50-ə yaxın iş adamı ilə görüş keçirib. Türkiyəli investorlar, hətta yerli şirkətlər ilə əməkdaşlığa da hazır olduqlarını bildiriblər. 

Birmillet.az saytı Milli.Az-a istinadən bildirir ki, türkiyədə fəaliyyət göstərən iş adamları işğaldan azad olunmuş torpaqlarımızda investisiya qoyuluşuna böyük maraq göstərirlər. Qarabağın iqtisadi imkanları və potensialı barədə məlumatlı olan bu investorlar müxtəlif sahələr ilə bağlı təkliflər hazırlayıblar.

Türkiyədən yenicə qayıdan “Gənc Sahibkarlar Qrupu”nun koordinatoru Anar Sarıyev deyir ki, qardaş ölkədə müxtəlif sektorlarda çalışan 50-ə yaxın iş adamı ilə görüşlər keçiriblər. Hər biri Qrabağın inkişafında yaxından iştirak etmək, yeni-yeni layihələr reallaşdırmaq niyyətindədir.

Qarabağda əkinə yararlı torpaqların çox olması, həmçinin, heyvandarlığın inkişafı türkiyəli iş adamlarının da diqqətini çəkib.

Anar Sarıyevin sözlərinə görə, edilən təkliflər arasında enerji istehsalı, su elektrik stansiyalarının tikilməsi ilə bağlı fikirlər də var. Beynəlxalq standartlara cavab verən bu şirkətlər yerli şirkətlər ilə əməkdaşlığa da hazır olduqlarını bildiriblər.