Türkiyədən dərman sifarişi – Türkiyədən dərman sifariş etməyin yolları

Türkiyədən dərman sifarişi – Türkiyədən dərman sifariş etməyin yolları

Türkiyədən dərman sifarişi

Türkiyədən dərman sifarişi

Son zamanların ən aktual mövzularından biri də xaricdən onlayn alış-verişdir. Bildiyiniz kimi valyuta fərqinə ( münasib qiymət ) və rahatlığına görə bir çox insanlar məhz Türkiyədən onlayn alış-veriş etməyi üstün tuturlar.  Türkiyədən sifarişlərə bu qədər böyük marağın olmasının əsas səbəbi isə qiymətlərin həddən artıq sərfəli olmağı ilə yanaşı həm də çeşidlərin çoxluğudur. Müştərilər Azərbaycanda satılan hər hansı bir məhsulu Türkiyədən ən azı iki dəfə aşağı qiymətə ala bilir. Bundan öncəki məqalələrimizdən birində Türkiyədən kitab sifarişi haqqında danışmışdıq. Bəs Türkiyədən dərman sifarişi ? Türkiyədən dərman sifarişi artıq getdikcə aktuallaşan mövzulardan birinə çevrilmişdir. Azərbaycanda çətinliklə tapa bildiyiniz və ya ümumiyyətlə tapa bilmədiyiniz bir çox dərmanı Türkiyədən rahatlıqla sifariş verə bilərsiniz.

Əgər sifariş etdiyiniz dərmanın narkotik təsirinin olması, psixotrop maddə və prekursor olması aşkarlanarsa, sifarişiniz ləğv olunacaqdır. Sadaladığımız maddə və dəramnlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilmişdir.

Bəs Türkiyədən necə dərman sifariş edə bilərik ?

Təəssüflər olsun ki, Azərbaycanda Türkiyədən dərman sifarişi ilə məşğul olan xidmətlər və ya apteklər barmaqla sayılacaq qədər azdır. Birmillet.az portalı olaraq sizlərə Türkiyədən dərman sifarişi edə biləcəyiniz bəzi etibarlı saytları təqdim edirik.

aptekstore.azÖz professsionallığı ilə seçilən bu şirkət etibarlı olmaqla yanaşı müştərilərinin də rahatlığını təmin edir. Aptekstore.az saytından sifariş etmək çox asandır: axtarış bölməsində ehtiyacınız olan dərman, gigiyena vasitəsinin və s. adını və ya tərkibindəki maddəni daxil edirsiniz. Axtarış nəticəsindəki siyahıdan sizə lazım olanı seçib, tərkibi, qiyməti və b. sizə lazım olan məlumatları dəqiqləşdirirsiniz. Sonra isə sifariş et butonun klik edib aptekin əczaçısı ilə əlaqə yarada və ya səhifədə qeyd olunan nömrə ilə sifarişinizi edə bilərsiniz. Sifarişinizi edərkənçatdırılma zamanını və məkanını da bildirirsiniz. Əgər sifariş etdiyiniz vasitələr xüsusi resept tələb edirsə, kuryer sifarişinizi çatdırarkən resepti ona təqdim edirsiniz. Qeyd edək ki, müştərilərin məxfiliyi qorunmaqla yanaşı təcili sifariş xidməti də mövcuddur. Səhifədə müştərilərin rahatlığı üçün müxtəlif funksiyalar vardır.

Turkiyeden Derman Sifarisi Hələ ki yalnız Facebook-da fəaliyyət göstəririlər. Qısa müddət ərzində əhalinin güvən və etibarını qazana bilən bu səhifə Türkiyədən dərman sifarişlərini qəbul edir. Sifariş qaydaları yetərincə sadədir. İstədiyiniz dərmanı sifariş etmək üçün yalnız onun adını və tərkibini səhifəyə yollayırsınız. Sifarişləriniz 5-10 gün ərzində sizlərə çatdırılır. Qeyd edək ki, rayon və bölgələrə də çatdırılma mümkündür. Bundan əlavə olaraq səhifə  həmçinin Azərbaycandakı xəstələrin Türkiyənin Ankara şəhərində yerləşən xəstəxanalarında məşhur proffessor doktorlar tərəfindən müalicəsinə və xəstələrin qonaqlanmasına köməklik edir.

dermantap.azSəhifəyə daxil olaraq istədiyiniz dərman və gigiyenik vasitələri rahatlıqla sifariş edə bilərsiniz. Səhifədə 10.000-dən çox dərman preparatlarının satışı və sifarişi mümkündür. Sifariş etmək istədiyiniz dərmanın adını və tərkibini axtarış hissəsinə daxil edib butona basmaq kifayətdir. Səhifədə sifarişlərdən əlavə “dərman axtar” , “aptek axtar” bölmələri də mövcuddur. Bundan əlavə *7700 nömrəsinə zəng edərək Təcili dərman çatdırılması və Məlumat mərkəzi xidməti ilə yararlaan bilərsiniz.

Türkiyədən dərman sifarişi son 1-2 ildə məşhurlaşmağa başlasa da artıq öz fərqini göstərməkdədir. Siz də evinizdən çıxmadan istədiyiniz yerli və xarici dərman və preparatları birbaşa evinizə sifariş edə bilərsiniz. Sağlam olun, Sağlıqla qalın !

Səbinə Fərziyeva