Türkiyə, Rusiya və İran tərəflərinin 16-17 fevralda Soçidə Suriya ilə əlaqədar görüşü olacaq

Türkiyə, Rusiya və İran tərəflərinin 16-17 fevralda Soçidə Suriya ilə əlaqədar görüşü olacaq

Türkiyə Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası nümayəndələrinin Cenevrədə yanvarın 25-29 tarixlərində BMT-nin Suriya üzrə Xüsusi nümayəndəsilə birgə Suriya Ərəb Respublikasına dair keçirilən toplantı ilə əlaqədar birgə bəyanat açıqlayıblar. 

Birmillet.az saytı bildirir ki, APA-nın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bəyanatda Suriyanın suverenliyi, müstəqilliyi, birliyi, ərazi bütövlüyü ilə əlaqədar tərəflərin fikir birliyində olduqları və bu prinsiplərə hərtərəfli hörmətlə yanaşılmanın vacib olduğu vurğulanıb.

Tərəflər Suriya Konstitusiya Komitəsinin işinin davam etdirilməsi, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi, Suriya xalqının mümkün qədər geniş dəstəyini almaq üçün konstruktiv addımlar atılması və bu kimi məsələlərlə bağlı məsləhətləşmələrin  16-17 fevral tarixləri arasında Soçidə keçirilməsi planlaşdırılıb.