“Trabzonspor” səfərdə qələbə qazanıb, “Beşiktaş” liderliyə yüksəlib

“Trabzonspor” səfərdə qələbə qazanıb, “Beşiktaş” liderliyə yüksəlib

Türkiyə Super Liqasında XVI turun daha 3 oyunu keçirilib.

Birmillet.az saytı Apasport.az saytına istinadən bildirir ki, təhlükəli zonada qərarlaşan “Gənclərbirliyi” Rizədə yerli “Rizəspor”la bərabərə qalıb.

Turnir cədvəlidə qonşu olan “Fatih Karagümrük”lə “Trabzonspor”un duelidən ikincilər üstün ayrılıb. Qələbə sayəsində “bordo-mavililər” rəqibini geridə qoyub.

Yüksəlişdə olan və son 3 turda maksimum nəticə göstərən “Beşiktaş” autsayder “Kayserispor”u sınağa çəkib. Axırıncı qələbəsini üç ay əvvəl qazanan və son üç görüşdə məğlubiyyətləri sıralayan “Kayserispor” güclü rəqibi ilə də bacarmayıb. “Ağ-qaralar” son dəqiqələrdə gələn qollarla qələbə qazanaraq, liderliyə yüksəlib.

Tura yanvarın 4-də keçiriləcək “Kasımpaşa” – “Fənərbaxça” (20:00) matçı ilə yekun vurulacaq.

Türkiyə Super Liqası
XVI tur
3 yanvar
“Rizəspor” – “Gənclərbirliyi” – 1:1
Skoda, 8 – Soner Dikmən, 65
“Fatih Karagümrük” – “Trabzonspor” – 1:2
Balkoveç, 70 – Nvakaeme, 46, Ekuban, 81
“Kayserispor” – “Beşiktaş” – 0:2
Nkudu, 88 (pen.), Hasiç, 90+7

1  Beşiktaş 15 10 1 4 31-19 31
2  Alanyaspor 16 9 3 4 27-12 30
3  Qalatasaray 15 9 3 3 25-10 30
4  Qaziantep 15 7 7 1 28-17 28
5  Hatayspor 15 8 3 4 22-17 27
6  Fənərbaxça 14 8 2 4 27-20 26
7  Trabzonspor 16 6 5 5 18-20 23
8  Fatih Karagümrük 15 5 6 4 24-19 21
9  Yeni Malatyaspor 15 5 5 5 19-20 20
10  Rizəspor 15 5 5 5 21-23 20
11  Göztəpə 15 4 7 4 21-18 19
12  Konyaspor 15 5 4 6 19-16 19
13  Kasımpaşa 15 5 4 6 18-23 19
14  Sivasspor 15 4 6 5 15-18 18
15  Antalyaspor 16 4 6 6 15-24 18
16  Başakşəhər 15 4 4 7 21-27 16
17  Gənclərbirliyi 15 4 4 7 15-24 16
18  Ankaragücü 15 4 3 8 19-23 15
19  Dənizlispor 15 3 4 8 16-26 13
20  Ərzurum BB 16 3 4 9 16-29 13
21  Kayserispor 15 2 4 9 9-21 10