Qarabağda Türkiyə Hərbçiləri minatəmizləmə əməliyyatlarında iştirak edir – FOTO

Qarabağda Türkiyə Hərbçiləri minatəmizləmə əməliyyatlarında iştirak edir – FOTO

Türkiyə hərbçiləri Azərbaycanın işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsində iştirak edir.

Birmillet.az saytı bildirir ki, APA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Türkiyə Quru Qüvvələrinin Xüsusi Təyinatlı Mina Təmizləmə birliklərinin 136 hərbçisi Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib. Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə minatəmizləmə təlimi keçməklə bərabər, Qarabağda minatəmizləmə əməliyyatlarında da iştirak edir. 

Qarabağda Türkiyə Hərbçiləri minatəmizləmə əməliyyatlarında iştirak edir - FOTO