“Qalatasaray”ın keçmiş qapıçısı qəzaya düşüb, vəziyyəti ağırdır

“Qalatasaray”ın keçmiş qapıçısı qəzaya düşüb, vəziyyəti ağırdır

Türkiyənin “Qalatasaray” klubunun keçmiş qapıçısı Morqan De Sanktis bədbəxt hadisə ilə üzləşib.

Birmillet.az saytı bildirir ki, Apasport.az saytının məlumartına görə, 44 yaşlı sabiq qolkiper avtomobil qəzası keçirib.

2008/09 mövsümündə icarə əsasında “cim-bom”un çərçivəsini qoruyan De Sanktis hadisədən dərhal sonra xəstəxanaya çatdırılıb. İtaliya millisinin də formasını geyinmiş gənc mütəxəssis hazırda reanimasiyadadır.

Qeyd edək ki, Morqan De Sanktis karyerası ərzində “Peskara”, “Yuventus”, “Udineze”, “Sevilya”, “Qalatasaray”, “Napoli”, “Roma” və “Monako” klublarının şərəfini qoruyub.