“Galatasaray”ın bugünkü məşqi ləğv olunub

“Galatasaray”ın bugünkü məşqi ləğv olunub

Türkiyə “Qalatasaray” komandasının bugünkü məşqi ləğv olunub.

Birmillet.azAZƏRTAC“a istinadla xəbər verir ki, İstanbul komandası axşam saatlarına planlaşdırılan məşqə çıxmayacaq.

Həftəsonu “Beşiktaş”la keçirilən çempionat oyunundan (0:0) sonra koronavirus pandemiyası ilə əlaqədar futbolçulara ikigünlük istirahət verən baş məşqçi Fatih Terim bugünkü axşam üçün məşq planlaşdırmışdı. Sonradan məşqçi futbolçulara klubun bazasına gəlməməyi və evdə qalmağı tapşırıb.

Xatırladaq ki, Fatih Terim “Beşiktaş”la oyundan sonra Türkiyə çempionatında görüşlərin koronavirus pandemiyasına görə təxirə salmasını istəmişdi.

Qeyd edək ki, “Qalatasaray” XXI turdan sonra Türkiyə Superliqasında 50 xalla üçüncü pillədədir.

Növbəti turun oyunları martın 20-22-də keçiriləcək. İstanbul komandası martın 22-də “Rizespor”un qonağı olacaq.