“Qalatasaray” prezidenti: “UEFA-da yer yerindən oynadı”

“Qalatasaray” prezidenti: “UEFA-da yer yerindən oynadı”

“Qalatasaray”ı təhvil alanda klubun 157 milyon avro borcu və transfer qadağası var idi. Ancaq bunları həll etdik”.

Birmillet.az saytının Apasport.az-a istinadən verdiyi məlumata görə, bunu “Qalatasaray”ın prezidenti Mustafa Cengiz bu gün keçirilən mətbuat konfransında deyib.

“Cim-bom”un baş məşqçisi Fatih Terimlə görüşdükdən sonra media nümayəndələrinin önünə çıxan klub rəhbəri onlara qarşı sosial şəbəkələrdə haqsızlıqlar edildiyini söyləyib: “Bir neçə gündür bəzi qüvvələr böyük xaos yaratmağa çalışırlar. Onları yanlış yönləndirənlər var. Keçmişi bilməyən gələcəyi idarə edə bilməz”.

Cengiz UEFA-nın kluba kəsdiyi transfer qadağası cəzasını ləğv etdirdikləri dönəmdən də bəhs edib: “UEFA-nı ciddi qəbul etmirlər. Halbuki biz o vaxt onlara dörd gün ərzində 67 səhifəlik raport təqdim etdik. Qitə futbol qurumu tarixində ilk dəfə bir klubla ikinci dəfə maliyyə feyr-pley razılaşmasına getdi. UEFA-da yer yerindən oynadı”.