Türkiyəyə məxsus “Mozart” adlı gəmi Qvineya körfəzində nigeriyalı dəniz quldurlarının basqınına məruz qalıb.
Birmillet.az saytı APA-ya istinadən xəbər verir ki, silahlılar gəmidə olan yeganə azərbaycanlı Fərman İsmayılovu öldürüblər.
Gəmidə olan 15 Türkiyə vətəndaşı isə girov götürülüb. Gəmi heyətindən 3 nəfər xilas ola bilib və gəmini təhlükəsiz limana çatdırıblar.
İnsident San-Tome şəhərindən 98 dəniz mili (181 kilometr) məsafədə baş verib. Məlumata görə, Liveriya bayrağı altında üzən gəmi Laqosdan Keyptauna doğru hərəkət edirmiş. Gəmidə ümumilikdə 19 nəfər olub. Hücum edənlərin sayı isə məlum deyil.