Nejat İşler də “Çukur”dan getdi

Nejat İşler də “Çukur”dan getdi

Show TV-də yayımlanan məşhur “Çukur” serialında ayrılıq yaşanıb.

Birmillet.az saytı Milli.Az-ya istinadən xəbər verir ki, aktrisa İrem Sakdan sonra Çağatay Erdenet obrazını canlandıran aktyor Nejat İşler də ekran işindən ayrılıb.

O, ssenariyə uyğun olaraq serialda öldürülüb və tamaşaçılarla vidalaşıb. Bu barədə “Çukur”un rəsmi sosial şəbəkə hesabında məlumat verilib.

“Çağatay, bir şeyi unutmusan, Koçovalılar heç vaxt unutmayacaq. Cengiz, Arık və Ogedaya salam deyin. Əlvida Çağatay. Nejat İşlerə təşəkkür edirik”, – deyə açıqlamada bildirilib.

Qeyd edək ki, reytinqli layihədə Aras Bulut İynemli, Erkan Kolçak Köstendil, Necip Memili, Rıza Kocaoğlu və Perihan Savaş kimi populyar simalar yer alıb.