“Masumlar apartmanı”nda dəyişiklik

“Masumlar apartmanı”nda dəyişiklik

Türkiyədə yayımlanan “Masumlar Apartmanı” serialına aktyor daxil olacaq.

Birmillet.az saytı Milli.Az-a istinadən bildirir ki, real hadisələr əsasında çəkilən ekran işinə aktrisa Serpil Gül də qatılacaq. O serialda Safiye obrazının nənəsi Meryem rolunu canlandıracaq.

Serpil Güldən əvvəl ekran əsərinə Naci rolunu ifa edən Tansel Öngel qatılmışdı.

Serialın əsas rollarında Ezgi Mola, Merve Dizdar və Birkan Sokullu kimi gənc aktyorlar rol alıblar.