Lider büdrəyib, “Fənərbaxça” qələbə qazanıb

Lider büdrəyib, “Fənərbaxça” qələbə qazanıb

Türkiyə Super Liqasında XIV tur davam edir.

Birmillet.az saytı bildirir ki, Apasport.az saytının məlumatına görə, günün mərkəzi qarşılaşmasında İstanbul klubları üz-üzə gəlib.

Son çempion “Başakşəhər”i qonaq edən “Fənərbaxça” əzmkar qələbə ilə liderlə xal fərqini minimuma endirib. Çempionatın lideri “Alanyaspor” növbəti xal itkisinə “Yeni Malatyaspor”la dueldə üzülüb.

Mövsümün daha bir sürpriz komandası “Qaziantep” isə “Kasımpaşa” ilə səfər sınağından üç xalla ayrılıb. Autsayderlərin duelində “Dənizlispor” Ərzurum səfərindən qalib ayrılıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Türkiyə Super Liqası
XIV tur
23 dekabr
“Alanyaspor” – “Yeni Malatyaspor”  1:1

Babakar, 32 – Büyük, 60
“Ərzurum BB” – “Dənizlispor” – 1:2
Bassan, 70 – Rodaleqa, 36, 55
“Fənərbaxça” – “Başakşəhər” – 4:1
Sanqare, 45, Tisserand, 60, Qustavo, 84, Yandaş, 89 – Tekdemir, 6
“Kasımpaşa” – “Qaziantep” – 0:4
Maksim, 9 (pen.), 25, Cefferson, 57, Demir, 79

1  Alanyaspor 14 8 3 3 23-9 27
2  Qalatasaray 13 8 2 3 23-10 26
3  Fənərbaxça 14 8 2 4 27-20 26
4  Qaziantep 13 6 6 1 24-15 24
5  Beşiktaş 12 7 1 4 25-19 22
6  Hatayspor 13 6 3 4 14-16 21
7  Fatih Karagümrük 13 5 5 3 22-16 20
8  Yeni Malatyaspor 13 5 5 3 17-14 20
9  Trabzonspor 14 5 5 4 16-17 20
10  Göztəpə 13 4 6 3 19-14 18
11  Kasımpaşa 14 5 3 6 16-21 18
12  Antalyaspor 13 4 5 4 14-16 17
13  Konyaspor 12 4 3 5 15-12 15
14  Başakşəhər 13 4 3 6 19-22 15
15  Rizəspor 13 4 3 6 18-23 15
16  Sivasspor 12 3 5 4 10-12 14
17  Dənizlispor 13 3 3 7 13-22 12
18  Gənclərbirliyi 12 3 3 6 10-18 12
19  Kayserispor 12 2 4 6 6-14 10
20  Ankaragücü 12 2 3 7 14-20 9
21  Ərzurum BB 14 2 3 9 12-27 9