Koronovirusla əlaqədar Türkiyə prezidentinin xaricə səfərləri təxirə salınıb

Koronovirusla əlaqədar Türkiyə prezidentinin xaricə səfərləri təxirə salınıb

Türkiyə Prezidenti Recep Tayyib Erdoğanın xarici ölkələrə nəzərdə tutulmuş səfərləri təxirə salınıb.

Birmillet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın məlumat verib.

İbrahim Kalın bildirib ki, koronovirusla əlaqədar Türkiyə prezidentinin xarici ölkələrə səfərləri təxirə salınıb, amma Erdoğan Almaniya və Fransa dövlət başçıları ilə İstanbulda martın 17-ə planlaşdırılmış görüşə qatılacaq.