“Fənərbaxça” ingiltərəli futbolçunu transfer edib

“Fənərbaxça” ingiltərəli futbolçunu transfer edib

Türkiyənin “Fənərbaxça” klubu daha bir futbolçunun transferini açıqlayıb.

Birmillet.az saytı Apasport.az saytına istinadən bildirir ki, Brayt-Osayi Samuel İstanbul təmsilçisi ilə münasibətləri rəsmiləşdirib.

İngiltərəli yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra “sarı-lacivərdlilər”lə 4,5 illik müqaviləyə qol çəkib. “Fənər” Nigeriya əsilli 23 yaşlı oyunçunu “Kuinz Park Reyncers”dən alıb.

Qeyd edək ki, “Fənərbaxça” qış transfer dönəmində Məsut Özil və Attila Şalayı da heyətinə qatıb.