Dövlət Baxçalı Prezident İlham Əliyevi Yeni il münasibətilə təbrik edib

Dövlət Baxçalı Prezident İlham Əliyevi Yeni il münasibətilə təbrik edib

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Prezident İlham Əliyevi Yeni il münasibətilə təbrik edib

Birmillet.az saytı bildirir ki, APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət” prinsip və düşüncəsinin tarixdə təsdiqini tapmış nadir və güclü ölkələrdir.

Biz dostdan daha çox qardaşlıq əlaqələri ilə bir-birinə bağlanmış, coğrafi cəhətdən fərqli olsa da, xəyalları və hədəfləri eyni olan türk millətinin övladlarıyıq.

2020-ci il problemlərlə dolu mürəkkəb il olsa da, Zati-alinizin liderliyi ilə qəhrəman əsgərlərinizin mübarizəsi nəticəsində Qarabağda möhtəşəm bir zəfər qazanılıb.

Bu qələbə haqq işinin, haqq-ədalətə riayət edən bir inancın mükafatıdır.

Heç şübhəsiz, Ankara və Bakının ürəyi bir döyünür.

Tarix və millət qarşısında iftixarla bildirmək istəyirəm ki, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, layiq olduğu səviyyəyə çatmasına Sizin də böyük töhfələriniz vardır.

Zati-alinizin və Sizin şəxsinizdə bütün azərbaycanlıların Yeni ilini ən dərin hisslərimlə təbrik edir, səmimi salamlarımı və ehtiramımı bildirirəm”.