Çavuşoğlu Soçidə – Foto

Çavuşoğlu Soçidə – Foto

Bu gün Çavuşoğlu Soçidə olub.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun 8-ci iclası üçün Rusiyaya rəsmi səfər edib.

Birmillet.az saytı “Qafqazinfo”ya istinadən xəbər verir ki, səfərlə bağlı öz tvitter hesabında fotoşəkil paylaşaraq məlumat verən Çavuşoğlu “Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun 8-ci iclasına qatılmaq məqsədilə Soçidəyik”,- deyə qeyd edib.

Çavuşoğlu Rusiya XİN rəhbəri Sergey Lavrovla birlikdə 8-ci Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrup iclasına rəhbərlik edəcək.

Çavuşoğlu Soçidə - Foto