Cavad Zərif: “ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar əhəmiyyətsizdir”

Cavad Zərif: “ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar əhəmiyyətsizdir”

“Biz ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları açıq şəkildə qınadıq”.

Birmillet.az saytı APA-ya istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, İran ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları əhəmiyyətsiz hesab edir.

“Təəssüf ki, ABŞ sanksiya tətbiq etməyə alışıb. Bu, bütün dünyanın və ABŞ-ın özünün zərərinə olacaq”, – deyə İran XİN başçısı vurğulayıb.