Azərbaycan Türkiyəyə elektrik enerjisi ixracını ötən ilin ilk iki ayı ilə müqayisədə 5 dəfə artırıb

Azərbaycan Türkiyəyə elektrik enerjisi ixracını ötən ilin ilk iki ayı ilə müqayisədə 5 dəfə artırıb

Cari ilin fevralında Azərbaycan Gürcüstan ərazisi ilə Türkiyəyə 24 658 749.4 KvS elektrik enerjisi ixrac edib.

Birmillet.azAPA“ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Enerjisi Sisteminin Kommersiya Operatorunun (ESCO) hesabatında məlumat verilib. Bildirilib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 15,660,416.9  KvS və ya 1.7 dəfə çoxdur.

Cari ilin ilk iki ayı ərzində isə Azərbaycanın Gürcüstan ərazisi ilə Türkiyəyə elektrik enerjisinin ümumi həcmi  51 091 158.4 KvS təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 4.6 dəfə çoxdur.