ABŞ-ın bir neçə hərbi təyyarəsi Türkiyədəki İncirlik aviabazasını tərk edib

ABŞ-ın bir neçə hərbi təyyarəsi Türkiyədəki İncirlik aviabazasını tərk edib

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus azı beş hərbi-nəqliyyat təyyarəsi son bir neçə sutkada Amerikanın nüvə silahlarının saxlanıldığı Türkiyədəki İncirlik hərbi bazasını tərk edib.

APA “Interfax”a istinadən xəbər verir ki, bu barədə Qərbin aviasiya resurslarının monitorinq məlumatlarında qeyd olunur.

Bildirilir ki, bu, prezident Rəcəb Tayyib Ərdoğanın hərbi bazaya girişi amerikalılara bağlaya biləcəyi ilə bağlı açıqlamasının fonunda baş verib.

Qərbin aviasiya resurslarının hesabatlarına əsasən, xüsusilə üç ağır hərbi nəqliyyat təyyarəsi “C-17A Globemaster”, “C-5M Galaxy” hərbi yük təyyarəsi və “C-40B” hərbi komandanlığının bir nəqliyyat təyyarəsi İncirlikdən havaya qalxıb.