20 milyonluq malikanəsini şahzadəyə satır – FOTO

20 milyonluq malikanəsini şahzadəyə satır – FOTO

Müğənni Ajda Pekkan satışa çıxardığı malikanəsinə alıcı tapıb.

Birmillet.az saytı Milli.Az-a istinadən bildirir ki, ifaçının Bahçeköy ərazisindəki 20 milyon lirə (4 milyon 636 min manat) dəyərindəki villasını BƏƏ-də yaşayan şahzadənin almaq istədiyi deyilir. O pandemiya bitdikdən sonra Türkiyəyə gələcək.

1 hektar ərazidə inşa edilən lüks villa 3 il əvvəl 40 milyon lirəyə (9 milyon 272 min manat) satışa çıxarılmışdı. Lakin malikanəyə alıcı tapılmadı və qiyməti endirildi.

Malikanədə 6 kiçik və 2 qonaq otağı xüsusi baahlı dekorlarla bəzədilib. Ev 24 saat mühafizəçilər tərəfindən qorunulur. Ajda hər ay bahalı malikanəsinin təmziliyinə 30 min lirə (6 min 954 manat) pul xərcləyir.

20 milyonluq malikanəsini şahzadəyə satır - FOTO 20 milyonluq malikanəsini şahzadəyə satır - FOTO